SOSİUM

09 Mart

Şəhidin ailəsinin xərcləri "YAŞAT" Fondu tərəfindən qarşılanıb - VİDEO

"YAŞAT" Fondu tərəfindən dəstək tədbirləri davam etdirilir.

Fonddan Fins.az-a verilən məlumata görə, Vətən müharibəsinə könüllü yollanan, Suqovuşanda şəhidlik zirvəsinə ucalan, "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunan Elnur Şirinzadənin ailəsinin məişət şəraiti və tibb xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb.

Fins.az şəhid Elnur Şirinzadənin ailəsinin məişət şəraiti və tibb xərcləri Fond tərəfindən qarşılanmasıyla bağlı video materialı təqdim edir.

Fuad Mədətov
Fins.az