SOSİUM

09 Mart

Azərbaycanda hava necə olacaq? - PROQNOZ

Milli Hidrometeorologiya Xidmətinin Fins.az-a verdiyi məlumata əsasən, martın 10-da Bakıda və  Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şimal  küləyi  əsəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz  10-15°  isti olacaq. Atmosfer təzyiqi  760  mm civə sütunu olacaq. Nisbi rütubət  60-70 % olacaq.

Əksər rayonlarda əsasən yağmursuz. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə az yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz  5-10° isti olacaq.