SOSİUM

01 Mart

Gəmi ilə nə qədər yük daşınıb?

Dəniz nəqliyyatı ilə ötən ay daşınan yüklərin həcmi 564,7 min ton təşkil edib. Bu da 2022-ci ilin eyni ayı ilə müqayisədə 26,7% çoxdur.

Fins.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd edilib.

Yüklərin 57,1%-ni neft yükləri təşkil edibdir. Dəniz limanları tərəfindən 894,2 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 727,5 min tonunu və ya 81,4%-ni tranzit yüklər təşkil edibdir.

Cari ilin fevral ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 30,6 min ton olubdur. Dövr ərzində bu nəqliyyat növü ilə daşınan sərnişinlərin sayı 2022-ci ilin yanvar ayına nisbətən 88,9% artaraq 1,7 min nəfər olubdur.