SOSİUM

01 Mart

Nazir Rəşad Nəbiyev Göyçay şəhərində vətəndaşları 6 martda qəbul edəcək

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin 2 mart 2023-cü il tarixində saat 09:30-da Göyçay şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Kürdəmir, Ucar, Zərdab, Ağdaş və Göyçay rayonlarının sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişib.

RİNN-dən Fins.Az-a verilən məlumata görə ,nazir vətəndaşları Göyçay şəhərində yerləşən Heydər Əliyev Mərkəzində 6 mart 2023-cü il tarixində saat 09:30-da qəbul edəcək.

Qəbula yazılmaq üçün 4 mart 2023-cü il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı Mərkəzi (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə müraciət etmək mümkündür.