SOSİUM

27 Fevral

  İİTKM-in “İqtisadi islahatlar” jurnalının beşinci sayı nəşr olunub

 Fins.az-a verilən xəbərə görə “İqtisadi islahatlar” elmi-analitik jurnalının 2022-ci il üçün sonuncu – beşinci sayı nəşr olunub. Jurnalın bu sayında "Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı", "Azərbaycan Respublikasının yaşıl enerji potensialından istifadə məsələləri", "Qarabağ və Şərqi Zəngəzurda sahibkarlıq mühiti", "Azərbaycanın qlobal innovasiya indeksində mövqeyi: güclü və zəif tərəflərin təhlili", "Yaşıl iqtisadiyyat sahəsində qabaqcıl tədbirlər və inkişaf siyasətinin sistemli tətbiqi", “Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizinin cənubi qafqaz subregionunun inkişafına təsiri”, "Müəssisə idarəetməsində intellektual kapitalın önəmi", "Auditorun vəzifə öhdəlikləri və auditor rəyinin əhəmiyyəti", "Korporativ idarəetmə və biznesin idarə edilməsi", “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında post-konflikt quruculuğunun strateji aspektləri” və “Aviasiya trenajor hazırlığı bazarının xüsusiyyətləri” kimi aktual mövzuları əhatə edən elmi-analitik məqalələrə yer verilib.

 “İqtisadi islahatlar” elmi-analitik jurnalı 2021-ci ildən nəşr olunur və qısa müddət ərzində öz sahəsində xeyli uğurlar əldə edib. 2023-cü ildən etibarən “İqtisadi islahatlar” elmi-analitik jurnalının Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Azərbaycan Respublikasında elmi məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər siyahısına (iqtisad elmləri üzrə) daxil edilməsi bunlardan ən mühümüdür. Hazırda jurnalın beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) qoşulması istiqamətində intensiv iş aparılır.

Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təsisçisi olduğu “İqtisadi islahatlar”  jurnalına Azərbaycan, ingilis və rus dillərində yazılan məqalələri onlayn qaydada təqdim etmək mümükndür: //journal.ereforms.org/az/submit-article