SOSİUM

24 Fevral

Azəriqaz: Qazın verilişinin dayandırılması artıq lokal xarakter daşıyır

Son bir neçə ildə SOCAR “Azəriqaz” İstehsalat Birliyi tərəfindən aparılan işlər nəticəsində qəza hallarının aradan qaldırılması zamanı ərazidə qazın verilişinin dayandırılması artıq lokal xarakter daşıyır.

Fins.Az apa-ya istinadən xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyası çərçivəsində QHT nümayəndələri ilə keçirilən görüşdə deyib.

Onun sözlərinə görə, bu nəticələr "Azəriqaz" tərəfindən aparılan xüsusi tədbirlər nəticəsində əldə olunub.

“Əvvəllər Bakının istənilən rayonunda hansısa qəza və ya fors-major hal baş verirdisə, bunların nəticələrinin aradan qaldırılması üçün məcburiyyət qarşısında rayonun ən azından yarısının qaz təchizatı dayandırılırdı. Amma son iki-üç ildə görülən işlər nəticəsində artıq bu tip dayanmalar lokal xarakter daşıyır”, - Eldəniz Vəliyev qeyd edib.