SOSİUM

22 Fevral

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 8%-dən çox artıb

Azərbaycanda ötən ay əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 8,5% artaraq 873,8 milyon manat təşkil edib.

Fins.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Hüquqi şəxslər tərəfindən əhaliyə 662,7 milyon manatlıq xidmət göstərilibdir ki, bu da xidmətlərin ümumi dəyərinin 75,8%-ni təşkil edibdir.

Cari ilin yanvar ayında hər bir ölkə sakini orta hesabla 86,3 manatlıq və ya ötən ilin müvafiq ayı ilə müqayisədə nominal ifadədə 13,2 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edibdir.