SOSİUM

21 Fevral

Azərbaycanda işsizlərin sayı azalıb

Azərbaycanda işsiz statuslu şəxslərin sayı cari ilin yanvar ayında 302.4 min nəfərə bərabər olub.

Fins.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövründə 315.8 min nəfərə bərabər idi.

Əlavə edək ki, hesabat dövründə ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 5 mln. 358,9 min nəfər olub, onlardan 5 mln. 056,5 min nəfərini məşğul əhali təşkil edib.