SOSİUM

21 Fevral

“Azərişıq” ASC Abşeron rayonu ərazisində yenidənqurma işləri aparır - VİDEO

Abşeron rayonunun Masazır qəsəbəsində, yeni massiv adlanan ərazidə “Azərişıq” ASC yeni elektrik şəbəkəsi qurur.

Bu barədə Fins.Az-a “Azərişıq” ASC-dən məlumat verilib.

İşlər çərçivəsində 1 km-dan çox 10 kV-luq, 4 km-a yaxın 0,4 kV-luq elektrik xətti çəkiləcək.Müxtəlif güclərdə komplekt transformator məntəqələri quraşdırılacaq.

Bunlarla yanaşı, Qobu qəsəbəsi ərazisində yeni güc mərkəzləri yaradılıb, 5 km-a yaxın 0,4 kV-luq elektrik xətti çəkilib. Həmçinin Abşeron rayonunun Çaylı kəndində yenidənqurma işləri davam etdirilir.

Abşeron rayonunda görüləcək işlərlə abonentlər keyfiyyətli və dayanıqlı  elektrik enerji ilə təmin ediləcək, elektrik enerjisindəki itkilər mimumuma endiriləcək.