SOSİUM

15 Fevral

Azərbaycanlı xilasedici dağıntılar altından qızıl tapdı - VİDEO - FOTO

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Əli Şirzadov Türkiyənin Kahramanmaraş şəhərində axtarış-xilasetmə zamanı dağıntılar altından qızıl-zinət əşyaları tapıb.

Fins.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Əli Şirzadov tapdığı qızılları jandarm bölməsinə təhvil verib.

Onun bu addımını yaxınlıqdakı insanlar rəğbətlə qarşılayıblar.