SOSİUM

13 Fevral

Bəxtiyarın villası 6.5 milyona satılır - FOTO

Azərbaycanda məşhur bağ evi satışa çıxarılıb.

Fins.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə elan saytlarının birində məlumat yerləşdirilib. Məlumatda bildirilir ki, bağ evi Abşeron rayonu Novxanı qəsəbəsində dənizin sahilində yerləşir. 45 sotun içərisində olan villanın sahəsi 1500 kvadratmetrdir.

Villanın birinci mərtəbəsində sport zalı, bilyard, tenis ,qəlyan masası, içki barı, sauna, sanitar qovşaq var. İkinci mərtəbədə genis zal, mətbəx, 1 yataq otağı və sanitar qovşaq mövcuddur. Üçüncü mərtəbədə 4 yataq otağı, hər yataq otağında cakuzi hamam tualet, və dənizə açılan geniş bir balkon var. Dördüncü mərtəbə isə 1 yataq otağı, iki nəfərlik cakuzi, kral taxtı, bütün avadanlıqlarla təchiz olunan ümumi 40 nəfərlik disko kulubu və geniş dəniz panaramalı balkonundan ibarətdir.

Mərtəbələrarası son model şüşə lift quraşdırılıb. Villada hər biri sənədli və sertifikatlı olmaqla, dünya şöhtərli sənətkarların rəsmləri və heykəltaraşların əsərləri var. Həyətdə hovuzu və banket zalı və 200 min dollar dəyərində heykəltaraşlıq nümunəsi olan şəlalə də mövcuddur.

Həyətində 150-dən çox təbii və dekorativ ağac olan bağ evinin həyətində həmçinin yaxta, kater və maşınların saxlanılması üçün qaraj və avtoyuma da təşkil edilib.

Bağ evinə isə 6 milyon 500 min manat qiymət qoyulub.

Qeyd edək ki, bir müddət əvvəl bu villa sosial şəbəkə və mediada geniş paylaşılaraq, müzakirələrə səbəb olub. Hətta media nümayəndələri bağ evində olaraq, reportaj da hazırlayıblar. Villanın Rusiyada çalışan iş adamı "Bəxtiyar Dali"yə məxsus olduğu bildirilir.