SOSİUM

10 Fevral

Gecikdirilən 13 min manata yaxın vəsait işçilərə ödənilib

İşəgötürənlər tərəfindən bu ilin yanvar ayı ərinzədə ödənilməsi gecikdirilən 13 min manata yaxın məbləğdə ödənclər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən görülən tədbirlər nəticəsində işçilərə ödənilib.

Fins.Az xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidməti məlumat yayıb.

Bildirilib ki, həmin vəsaitin 76.5%-i əmək haqları, qalan hissəsi isə zərərə görə ödənclər olub.

Həmçinin DƏMX əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilən 9 işçinin yenidən əvvəlki işlərinə bərpa olunmasına nail olub. Onlarla bağlı yol verilmiş qanun pozuntularının aradan qaldırılması təmin edilib.

Əlavə edək ki, yanvar ayı ərzində DƏMX tərəfindən 691 sayda ərizə (şikayət) araşdırılıb, 623 məktuba (sorğu) baxılıb. Eyni zamanda Xidmətin rəhbər və vəzifəli şəxsləri tərəfindən 697 vətəndaş fərdi qaydada qəbul edilib.