SOSİUM

08 Fevral

Bu gün təxliyə avtobusu Kahramanmaraşdan Azərbaycana yola düşəcək

Azərbaycan vətəndaşlarının Türkiyənin zəlzələ bölgəsindən təxliyəsi davam edir.

Bu gün saat 16:00-da təxliyə avtobusu Kahramanmaraş vilayətindən Azərbaycana yola düşəcək.

Qeyd edək ki, Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadənin sözlərinə görə, bu gün səhərə olan məlumata görə, Türkiyədən artıq 201 vətəndaşımız təxliyə edilib.