SOSİUM

08 Fevral

Türkiyədə zəlzələdə ölənlərin sayı 7 minə çatıb, 38 224 nəfər yaralanıb - YENİLƏNİB

Türkiyədə zəlzələdə ölənlərin sayı 6 957 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Zəlzələ nəticəsində xəsarət alanların sayı 38 224 nəfərdir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.

Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.