SOSİUM

03 Fevral

DSMF-nin sərbəst vəsaitləri investisiyaya yönəldiləcək

Dövlət Sosial Müdafiə Fondunun sərbəst vəsaitləri investisiya kimi istifadə oluna biləcək.

Bu bununla bağlı “Sosial sığorta haqqında” qanuna dəyişiklik təklif edilir.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dövlət sosial müdafiə fondunun sərbəst vəsaitlərini investisiyaya yönəldə bilər. İnvestisiyaya yönəldilən sərbəst vəsait, investisiya gəlirləri və onun istifadə olunmamış qalığı Azərbaycan Respublikasının Mərkəzi Bankında açılmış hesaba toplanır və onların uçotu ayrıca aparılır. İnvestisiyaya yönəldilən sərbəst vəsait, investisiya gəlirləri və onun istifadə olunmamış qalığı növbəti büdcə ilinə sərbəst vəsaitin investisiyaya yönəldilən hissəsi kimi keçirilir.