SOSİUM

31 Yanvar

İctimai nəqliyyatda gedişhaqqı ilə bağlı diferensial tarif yanaşması tətbiq ediləcək

Xəbər verildiyi kimi, bu gün Tarif Şurasının növbəti iclası keçirilib.

Fins.az xəbər verir ki, iclasda həmçinin, sosial baxımdan həssas qrupların mənafeyinin qorunması məqsədilə tariflərin diferensiallaşdırılmasının, gediş sayına və vaxt limitinə görə fərqlənən çoxpilləli tariflərin tətbiqinin, gediş haqqının nağdsız qaydada ödənilməsini təmin edən zəruri işlərin qısa müddətdə başa çatdırılmasının zəruriliyi vurğulanıb.