SOSİUM

27 Yanvar

Qırğızıstan Xarici İşlər Nazirliyi Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyib - FOTO

Qırğızıstan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə xain hücumla əlaqədar başsağlığı mesajını tviterdə paylaşım edib.

Fins.Az-ın məlumatına görə, paylaşımda deyilir:

“Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə silahlı hücumu pisləyir və təhlükəsizlik xidmətinin rəhbərinin vəfatı ilə əlaqədar Azərbaycan tərəfinə dəstəyimizi ifadə edirik və başsağlığı veririk.
Hadisənin hərtərəfli və obyektiv araşdırılmasına və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsinə çağırırıq.”

Qeyd edək ki, bu gün ölkəmizin Tehrandakı səfirliyinə xain hücum olub. Hadisə nəticəsində səfirliyin və səfirlik əməkdaşlarının mühafizəsini təmin edən baş leytenant Əsgərov Orxan Rizvan oğlu həlak olub.

Fuad Mədətov
Fins.Az