SOSİUM

24 Yanvar

Sosial yardımlar nə vaxt veriləcək?

Bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının yanvarın 26-da ödənilməsi nəzərdə tutulub.

Bu barədə Fins.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən bu sosial ödəniş növləri artımlarla ödəniləcək.