SOSİUM

23 Yanvar

Dövlət büdcəsinin sosialyönümlü xərcləri 12%-dən çox artıb

Azərbaycanda ötən il iqtisadi təsnifata uyğun olaraq dövlət büdcəsi xərclərinin 11 577,1 milyon manatı və yaxud 36,1%-i sosialyönlü xərclər (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq alınması xərcləri) olub.

Bu barədə Fins.Az Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2021-ci illə müqayisədə 12,4% çoxdur.