SOSİUM

23 Yanvar

Musa Quliyev: "Cəmiyyətdə elə bir əhval-ruhiyyə yaranmasın ki, oturmalıdır evində, dövlət pul verməlidir"

"Cəmiyyətdə elə bir əhval-ruhiyyə yaranmasın ki, oturmalıdır evində, dövlət pul verməlidir, bu da xərcləməlidir".

Fins.Az xəbər verir ki, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.

"Populist çıxış edərək özünə xal qazanmaq istəyən siyasətçilər passiv sosial müdafiə faktorlarını önə çəkirlər. Yəni, dövlət versin, mən də xərcləyim.

Biz aktiv sosial müdafiədən, yeni iş yerlərinin açılmasından, məşğulluqdan, əməkhaqqının yüksəldilməsindən danışmalıyıq. Cəmiyyətdə elə bir əhval-ruhiyyə yaranmasın ki, oturmalıdır evində, dövlət pul verməlidir, bu da xərcləməlidir. Necə ki, ünvanlı sosial yardım nə qədər insanı ələbaxımlı öyrətmişdi" - komitə sədri vurğulayıb.