SOSİUM

20 Yanvar

Ucarın 4 böyük kəndində bankomat problemi yaşanır - VİDEO

Ucar rayonunun ucqar Müsüslü, Şilyan, Təzə Şilyan və Bərgüşad kəndləri əhalisinin sayına görə digərlərindən fərqlənir. Bu kəndlərin sakinləri bankomat yoxluğundan əziyyət çəkirlər.

Fins.Az xəbər veri ki, onların sözlərinə görə hər ay maaşlarını almaq üçün 35 km məsafə qət edərək rayon mərkəzinə gedirlər.

Bu isə həm vaxt itkisidir, həm də əlavə xərc tələb edir.

Daha ətraflı Xəzər televiziyasının videosujetində izləyə bilərsiniz: