SOSİUM

19 Yanvar

Azərbaycanda ötən il avtobus istifadəçiləri 28% artıb

Ötən il Azərbaycanda avtobuslarla 1 321 206,7 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 27,9% çoxdur.

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, hesabat dövründə minik taksilərindən 83 814,1 min nəfər istifadə edib ki, bu da illik müqayisədə 3,6% azdır.

Məlumata görə, 2022-ci ildə nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 1 405 020,8 sərnişin daşınıb, bu da 25,5% artım deməkdir.

©APA