SOSİUM

19 Yanvar

Azərbaycanda sərnişindaşımalar 30%-dən çox artıb

2022-ci ildə Azərbaycanda yük və sərnişin daşımaları əvvəlki illə müqayisədə müvafiq olaraq 12,8% və 33,5% artıb.

Fins.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 218,7 mln. ton yük daşınıb. Yüklərin 3,4%-i dəniz, 8,6%-i dəmir yolu, 0,2%-i hava, 57,6%-i avtomobil nəqliyyatı, 30,2%-i isə boru kəməri ilə daşınıb.

“Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 12,5% artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 78,2% təşkil edib”, - məlumatda qeyd olunur.

Məlumata görə, 2022-ci ildə nəqliyyatçılar 1 621,2 mln. sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 86,7%-i avtomobil nəqliyyatı, 12,9%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.