SOSİUM

18 Yanvar

Neft sektorunda çalışan işçinin gəlir vergisi necə hesablanır?

Neft sektorunda çalışan və aylıq gəliri 2900 manat olan müharibə veteranının əməkhaqqından gəlir vergisi necə hesablanmalıdır?

Fins.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, fiziki şəxs neft-qaz sahəsində və ya dövlət sektorunda çalışdığı halda, Vergi Məcəlləsinə əsasən, muzdla işləyən fiziki şəxsin vergi tutulan aylıq gəlirin məbləği 2500 manatadək olduqda 14 faiz, 2500 manatdan çox olduqda isə 350 manat üstəgəl 2.500 manatdan çox olan məbləğin 25 faiz dərəcəsi ilə gəlir vergisi tutulur.

Qanunvericiliyə görə, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2.500 manatadək olduqda, 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azad edilib.

Qeyd olunan halda, işçinin muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2900 manat olduğu üçün Vergi Məcəlləsinə görə, güzəşt tətbiq olunmur və 400 manat çıxıldıqdan sonra qalan məbləğdən 14 faiz dərəcə ilə gəlir vergisi hesablanır.

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda isə vergi 0 faiz, 8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi məbləğində müəyyən edilir. Bu halda isə həmin şəxsin əməkhaqqından gəlir vergisi hesablanmır.