SOSİUM

17 Yanvar

Bakıda Türk ölkələrinin qadın sənətkarlarının beynəlxalq sərgi-yarmarkası açılacaq

Apreldə Bakıda Türk ölkələrinin qadın sənətkarlarının beynəlxalq sərgi-yarmarkası açılacaq.

Fins.Az xarici mətbuata istinadla xəbər verir ki, Azərbaycanın Özbəkistandakı səfirliyinin dəstəyi ilə “Xünərmand” Assosiasiyasının Namanqan bölgəsi üzrə şöbəsinin müdiri Zohidjon Vəliyev və Azərbaycan Qadınlar Assosiasiyasının icraçı direktoru Roza Zərif arasında qarşılıqlı faydalı əməkdaşlığın qurulması məqsədilə onlayn danışıqlar aparılıb.

Görüşdə tərəflər Özbəkistan və Azərbaycan sənətkarları arasında sıx əməkdaşlığın qurulmasının dövlətlərarası əlaqələrin, o cümlədən mədəni-humanitar mübadilə sahələrində gələcək inkişaf dinamikasına müsbət təsir edəcəyini təsdiqləyiblər.