SOSİUM

17 Yanvar

Ötən il Azərbaycan vətəndaşları Türkiyədə 1300-dən çox ev alıb

Ötən il xarici ölkə vətəndaşları Türkiyədə 67 min 490 mənzil alıblar.

Fins.az Türkiyə Statistika Qurumuna istinadən xəbər verir ki, qeyd olunan tarixdə vətəndaşlarımız qardaş ölkədə 139 mənzil alıblar. Ötən ilin son ayının statistikasına görə Türkiyədə mənzil alan xarici ölkə vətəndaşlarının siyahısında həmvətənlərimiz 8-cidir.

Ümumilikdə isə Azərbaycan vətəndaşları 2022-ci il ərzində Türkiyədə 1330 mənzil alıblar. Bununla da qardaş ölkədə ötən il ərzində mənzil alan xarici ölkə vətəndaşlarının siyahısında Azərbaycan vətəndaşları 9-cu pillədə qərarlaşıb.

2022-ci ildə Türkiyədə mənzil alan xarici ölkə vətəndaşlarının ilk üçlüyünə gəlincə, Rusiya vətəndaşları bu siyahıda birinci pillədədir (16 min 312). İran vətəndaşları 8 min 223 mənzillə ikinci, İraq vətəndaşları isə 6 min 241 mənzil sayı ilə üçüncü yerdədir.

©APA