SOSİUM

16 Yanvar

Mikayıl Cabbarov: 2022-ci ildə dövlət büdcəsinə vergi daxilolmaları 82,2 faiz artıb

Ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar və biznesin davamlı olaraq şəffaflaşması dövlət büdcəsinə vergi daxilolmalarının dinamikasına ciddi töhfə verir.

Fins.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, “2022-ci ildə dövlət büdcəsinə vergi daxilolmaları 2021-ci illə müqayisədə 82,2 faiz artaraq 15 milyard 541,5 milyon manat təşkil edib. Bu dövr ərzində qeyri-neft-qaz sektoru üzrə daxilolmalar isə 27,9 faiz artaraq 8 milyard 134,9 milyon manat olub.