SOSİUM

22 Dekabr

TƏBİB-dən Səhiyyə nazirliyinə keçən xəstəxanalarda icbari tibbi sığorta fəaliyyət göstərəcək? - AÇIQLAMA

Səhiyyə Nazirliyinin tabeliyinə veriləcək tibb müəssisələrində icbari tibbi sığorta fəaliyyət göstərəcək.

Bu barədə bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, bununla bağlı məlumat yaxın günlərdə ictimaiyyətə çatdırılacaq.

Xatırladaq ki, 2023-cü il yanvar ayının 1-dən etibarən Milli Hematologiya və Transfuziologiya Mərkəzi və bölmələri, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu, V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu, Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə veriləcək