SOSİUM

21 Dekabr

Elman Məmmədov Gömrük Hospitalının baş həkimi vəzifəsindən ayrılıb

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi Mərkəzi Hospitalının rəisi, Mərkəzi Gömrük Hospitalının baş həkimi Elman Məmmədov vəzifəsindən ayrılıb.

Fins.az-ın xəbərinə görə, o, öz təşəbbüsü ilə tutduğu vəzifəsindən çıxıb.

50 yaşlı E.Məmmədovun Dövlət Gömrük Komitəsinin 25 illiyi yubiley medalı da daxil olmaqla bir sıra təltifləri var.