SOSİUM

21 Dekabr

Hazırda paytaxtda sıxlıq olan yolların SİYAHISI

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "Fins.az"a verilən məlumata görə, sıxlıq olan yollar aşağıdakılardır:

1. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;

2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

4. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

5. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

6. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

7. Zərifə Əliyeva küçəsində;

8. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

9. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

10. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;

11. Babək prospekti, mərkəz istiqamətində;

12. Mikayıl Müşfiq küçəsi, Badamdar dairəsindən 20 saylı məktəb istiqamətində;

13. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində sıxlıq müşahidə olunur.