2022-ci ilin yanvar-noyabr aylarında Türkiyənin Adana şəhərində yerləşən Ceyhan limanı 14 milyon 660 min 340 ton yük qəbul edib.
Fins.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, Ceyhan limanından Türkiyə bayrağı altında üzən gəmilərlə 162 min 445 ton, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 14 milyon 497 min 895 ton yük daşınıb.
“2022-ci ilin yanvar-noyabr aylarında Türkiyənin Ceyhan limanından 45 milyon 70 min 497 ton tranzit yük aşırılıb”, - deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2022-ci ilin noyabr ayında Türkiyə limanlarından 6 milyon 758 min 108 ton transit yük daşınıb.
Nazirlikdən verilən məlumata görə, 2022-ci ilin yanvar-noyabr aylarında Türkiyə limanları 361 milyon 981 min 446 ton yük qəbul edib.
2022-ci ilin yanvar-noyabr aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 25 milyon 796 min 23 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 336 milyon 185 min 423 ton təşkil edib.
Məlumatda bildirilib ki, 2022-ci ilin yanvar-noyabr aylarında Türkiyə limanlarından 73 milyon 758 min 393 ton transit yük daşınıb.