SOSİUM

14 Dekabr

Azərbaycan əhalisinin sayı açıqlanıb

Ölkə əhalisinin sayı ilin əvvəlindən 54 452 nəfər və ya 0,5 faiz artaraq 2022-ci il noyabr ayının 1-i vəziyyətinə 10 210 818 nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib, kişi və qadınların xüsusi çəkiləri isə dəyişməyərək eyni olub.