SOSİUM

14 Dekabr

Bakıda 71 nömrəli marşrut xətti üzrə avtobusların hərəkəti dəyişdiriləcək

Sabah Bakıda 71 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

Bu barədə  Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, dəyişikliyin səbəbi paytaxtın Binəqədi rayonu ərazisində - "Baksol" yolunda aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyətin tətbiq edilməsidir.

Məhdudiyyətlərə uyğun olaraq sözügedən marşrut xətti üzrə avtobusların hərəkəti “Azadlıq prospekti” metro stansiyası - Baksol yolu (məhdudiyyət tətbiq edilən hissəyə qədər) istiqamətində təşkil ediləcək.