SOSİUM

14 Dekabr

Dövlət Agentliyi 100 milyon manata yaxın zərər edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi 2021-ci ili 96 milyon 422 min manat zərərlə başa vurub.

Ötən il Agentliyin gəlirləri 80 min manat, xərcləri isə 96 milyon 502 min manat, o cümlədən əməliyyat xərcləri 73 milyon 794 min manat, ümumi və inzibati xərcləri 22 milyon 704 min manat, maliyyə xərcləri isə 4 min manat təşkil edib.

Bu il yanvarın 1-nə Dövlət Məşğulluq Agentliyinin aktivləri 107 milyon 126 min manat olub ki, bu da illik müqayisədə 29,1 % çoxdur. Hesabat dövründə agentliyin öhdəlikləri 5,3 dəfə arataraq 599 min manata, balans kapitalı isə 28,6 % arataraq 106 milyon 527 min manata çatıb.

Xatırladaq ki, Dövlət Məşğulluq Agentliyi 2019-cu ildə Dövlət Məşğulluq Xidmətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 5 milyon manatdır. Agentlik əhalinin məşğulluğu sahəsində dövlət siyasətini həyata keçirən qurumdur.

 

(c)Report