SOSİUM

13 Dekabr

Bu yolda hərəkət 2 günlük məhdudlaşdırılacaq

Dekabrın 16-dan saat 10:00-dan 18 dekabr saat 22:00–dək Bakının Binəqədi rayonu "Baksol" yolunda avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

“Fins.az” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Məhdudlaşdırmaya səbəb aparılan təmir işləridir.

Agentlik sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini tövsiyə edib.