SOSİUM

12 Dekabr

Rövşən Rüstəmov: Dəmir yolu ilə yük daşımalarında ciddi artım var

"Azərbaycan Dəmir Yolları" QSC-nin yük daşımalarında, o cümlədən tranzit yük daşımalarında ciddi artım var.

Fins.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin sədri Rövşən Rüstəmov bildirib.

"Ötən il dəmir yolu xətləri ilə 15 milyon ton yük daşınmışdısa, bu ilin 11 ayında 17 milyon ton yük daşınıb. İlin sonuna qədər bu rəqəmin 18,5 milyon tona çatacağı gözlənilir", - o qeyd edib.