SOSİUM

08 Dekabr

Azərbaycanda hiss olunan güclü zəlzələ ilə bağlı RƏSMİ AÇIQLAMA

Respublika Seysmoloji Xidmət Mərkəzi bu gün baş verən zəlzələ ilə bağlı məlumat yayıb. 

Mərkəzdən bildirilib ki, zəlzələnin episentri Dağıstanda Mahaçqaladan 82 km cənub və cənub-qərbdə yerləşib. 

Zəlzələ Azərbaycan ərazisində sərhəd rayonlarında 3-4 bala qədər hiss olunub.

10:57

Gəncə, Goranboy və Zaqatalada zəlzələ olub.

Yeraltı təkanlar dekabrın 8-də saat 10:42 radələrində qeydə alınıb.

Zəlzələ təxminən 40-45 saniyə davam edib.

Qeyd edək ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatlarına görə, Cənubi Qafqazda mərkəzi Mahaçqala olan 5,6 ballıq zəlzələ qeydə alınıb.