SOSİUM

07 Dekabr

DB: Azərbaycanda havanın çirkləndirilməsi ölümləri 10%-18% artırır

Yüksək-orta gəlirli ölkələrlə müqayisədə, Azərbaycan ekoloji itkilərdən, aşağı material və torpaq məhsuldarlığından, suyun azlığından və yüksək emissiya intensivliyindən əziyyət çəkir.

Fins.az xəbər verir ki, bunu Dünya Bankının Avropa və Mərkəzi Asiya Dayanıqlı İnkişaf Departamentinin Ətraf Mühit, Təbii Sərvətlər və Mavi İqtisadiyyat üzrə baş mütəxəssisi Saşa Ayxberqer çıxışı zamanı bildirib.

O bildirib ki, GRID qiymətləndirməsi ölkənin ekoloji təzyiqlərin azaldılması və təbii resursların dəyərinin qorunması istiqamətində irəliləyişin kifayət olmadığını göstərir: "Azərbaycanda narin asılı hissəciklər (PM2.5) ilə havanın çirkləndirilməsi əsasən küləklə gətirilən tozdan və karbohidrogen mənbələrdən irəli gəlir və qeyri-qəza ölümlərini 10%-18% artırır. Bu göstərici Şərqi və Mərkəzi Avropa regionunda ortalama göstəricidən yüksəkdir. Həmçinin, Qlobal Xəstəlik Yükü hesablamalarına görə, ölüm səviyyəsi ilə bağlı rifah itkiləri ÜDM-un 3%-12%-nə ekvivalentdir".