SOSİUM

06 Dekabr

Pensiyaya çıxmaq üçün dünyanın ən yaxşı ölkələri

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) hesabatına əsasən 2050-ci ildə dünya üzrə insanların 30%-i 65 və daha yuxarı yaşda olacağı proqnozlaşdırılır. Bəzi ölkələr yaşlı insanların nisbətindəki bu artımın öhdəsindən gəlməyə nisbətən hazır olsalar da, digərləri artıq təzyiq altındadır və sürətlə qocalan əhalinin problemləri ilə mübarizə aparır. Natixis qlobal pensiya indeksi bir neçə fərqli faktor əsasında 2022-ci ildə pensiyaya çıxmaq üçün dünyanın ən yaxşı ölkələrin reytinqi tərtib edib. Təqaüdə çıxmaq üçün ən əlverişli şərtlərə malik ölkələrin reytinqində birinci yeri Norveç tutur.

Qlobal Pensiya İndeksi (GRI – Global Retirement Index) dörd əsas kateqoriyaya (Health, Quality of Life, Material Wellbeing, Finances in Retirement) qruplaşdırılan 18 amili nəzərə alır:

  • Səhiyyə: adambaşına düşən sağlamlıq xərcləri, gözlənilən ömür uzunluğu və sığortasız sağlamlıq xərcləri;
  • Həyat keyfiyyəti: xoşbəxtlik səviyyələri, su və kanalizasiya sistemi, havanın keyfiyyəti, digər ətraf mühit amilləri və biomüxtəliflik/yaşayış mühiti;
  • Maddi durum: adambaşına düşən gəlir, gəlir bərabərliyi və məşğulluq dərəcələri;
  • Pensiya üçün ayrılan maliyyə: milli borc, faiz dərəcələri, inflyasiya, vergi təzyiqləri, yaşlılıqdan asılılıq.

Hər bir ölkə üçün 0,01-dən 1-ə qədər bal müəyyən edilir, sonra bu, faizə çevrilir. İllik hesabatda 44 müxtəlif ölkə nəzərdən keçirilir və onlar pensiya təminatına görə sıralanır.

Pensiyaya çıxmaq üçün ən əlverişli şərtlərə malik olan 25 ölkənin reytinqi:

2012-2022 illərdə 25 ölkə üzrə GRI indeksinin dəyişməsi dinamikasına əsasən son 10 il ərzində Çexiya, İslandiya, İrlandiya və Yeni Zellandiya reytinq üzrə “top 10” ölkələr sirasına daxil olub.

 

Müəliif:Elnur Quliyev