SOSİUM

05 Dekabr

Məhkəmə və prokurorluqlara büdcədən ayrılan vəsait artırılır

Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq bölməsi üzrə xərclər artırılır.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında büdcəyə dəyişikliklər müzakirə edilib.

Dəyişikliyə əsasən, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq bölməsi üzrə xərclərin 20 milyon 131 min manat artırılaraq 2 milyard 762 milyon 927 min 411 manat olması proqnozlaşdırılır.

Ümumilikdə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirləri 30 773 978,0 (+53 278,0) min manat, xərcləri 33 353 278,0 (+53 278,0) min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 30 016 998,0 (+53 278,0) min manat, yerli gəlirləri 756 980,0 min manat, mərkəzləşdirilmiş xərcləri 32 583 992,0 (+53 278,0) min manat, yerli xərcləri 769 286,0 min manat) məbləğində təsdiq edilir.

Müzakirələrdən sonra büdcə üçüncü oxunuşda plenar iclasa tövsiyə edilib.