SOSİUM

02 Dekabr

“Azərlotereya”nın “Poz-Qazan” oyunlarında noyabrda 10 böyük uduş qazanıl

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC-nin təşkil etdiyi “Poz-Qazan” lotereyaları üzrə noyabr ayında ümumilikdə 10 böyük uduş qazanılıb.

Onlardan “5X” ani lotereyasında 100 000, “Şans Ulduzu” və “Ani 50”də 50 000, “Qızıl”da 25 000 manat, həmçinin ”Zümrüd”də 1, “Şans Ulduzu”nda  2, “Ani 50”də 3 dəfə 10 000 manat qazanılıb.

Uduşların qazanıldığı bölgələrə gəlincə, “5X” ani lotereyasında böyük uduş Lənkəran sakini Zöhrab Səfərova qismət olub. Bakı şəhər sakini Rəvan Rzayev “Qızıl” biletində 25 000 manat qazanıb. Sumqayıt sakini “Ani 50”də, Bakı şəhər sakini Elvin Hüseynov isə “Şans Ulduzu” ani lotereyasında 50 000 manat mükafatın sahibi olub.

Bakı, Gəncə və Füzuli sakinləri “Ani 50”də 10 000 manat qazanıblar. “Zümrüd”də 10 000 manat Beyləqan, “Şans Ulduzu”nda 10 000 manat uduşlar isə Bakı və Quba sakinlərinin bəxtinə çıxıb.

Qeyd edək ki, “Azərlotereya” ASC-nin “Poz-Qazan” biletlərində 200 000, 100 000, 50 000 və 25 000 manatlıq böyük uduşlar, eləcə də milyonlarla digər uduşlar şanslı qaliblərini gözləyir. Ani lotereya biletlərini lotereya satış nöqtələri, “Misli” məntəqələri, market və metrolardakı satış nöqtələri, eləcə də “Azərpoçt” şöbələrindən əldə edə bilərsiniz.