Mebel ustası, tornaçı, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, frezerçi, qrafik dizayner, elektrik qaz qaynaqçısı, rəqəmli idarə olunan dəzgahların kompüter operatoru (CAD/CAM/ CAE), elektrik və avtoarabacıqların sürücüsü, kompüterlərin təmiri və xidməti üzrə texnik və kompüter operatoru sahələri üzrə peşə hazırlığı kurslarına cəlb olunmaq istəyən şəxslərin nəzərinə!
Kurslar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində müasir əmək bazarının tələblərinə uyğun təşkil ediləcək.
Kursların müddəti 2 aydır və peşə hazırlığı dövründə işsiz şəxslərə minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödəniləcək. Hazırlıq kurslarını müvəffəqiyyətlə bitirən şəxslərin bitirdiyi peşə hazırlığı istiqaməti üzrə məşğulluğunun təmin olunmasına dəstək göstəriləcək.
17-50 yaş aralığında, minimum orta təhsilli, kompüterdən istifadə bacarıqlarına malik şəxslər yaşadıqları ərazi üzrə Regional Məşğulluq filiallarına və ya DOST Mərkəzlərinə müraciət edərək qeydiyyatdan keçə bilərlər.
Əvvəlcə müraciət edən şəxslərin məşğulluq imkanları qiymətləndiriləcək, daha sonra peşə hazırlığına uyğunluğu müəyyən olunmuş şəxslər kurslara cəlb olunacaq.