SOSİUM

01 Dekabr

Dövlət ehtiyatları haqqında qanun layihəsi hazırlanıb

“Dövlət ehtiyatları haqqında” qanun layihəsi hazırlanıb”.

Fins.az xəbər verir ki, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Dövlət Ehtiyatları Agentliyinin sədr müavini Hidayət Əzimov bildirib.

O deyib ki, layihə aidiyyəti dövlət qurumları ilə razılaşdırma mərhələsindədir: “Bu layihə üzərində Azərbaycanda beynəlxalq təcrübədən istifadə etməklə hazırlanan Dövlət Ehtiyatları Konsepsiyasına uyğun olaraq iş gedir”.