SOSİUM

01 Dekabr

Dekabr ayına olan HAVA PROQNOZU

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, dekabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın  olacağı gözlənilir.

Aylıq yağıntının miqdarı  əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimalı var.  

Dekabr ayının əvvəllərində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi qar yağacağı, havanın soyuq keçəcəyi, temperaturun iqlim normasından 1-3 dərəcə aşağı enəcəyi gözlənilir.    

Bakıda  və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun  5-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 4-8 dərəcə, gündüzlər 8-11 dərəcə isti, bəzi günlərdə 13 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə  (norma 24-34 mm)  bir qədər çox olacağı gözlənilir.                          

Naxçıvan  Muxtar  Respublikasında  havanın orta aylıq  temperaturunun 0-3 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 5-10 şaxta, gündüzlər   5-10, bəzi günlərdə  13 dərəcə isti olacağı gözlənilir.  Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma  14-35 mm) olacaq.            

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun  0-3 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 5-10 şaxta, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta,  gündüzlər  3-8 dərəcə isti, bəzi günlərdə 3 dərəcəyədək şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın  (norma 27-53  mm)  olacaq.                          

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun  3-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın  olacağı gözlənilir. Gecələr havanın temperaturu  0-5  dərəcə isti, bəzi günlərdə  0-4 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 13 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın  (norma  13-32 mm) olacaq.                                          

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 2-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu  0-5 dərəcə  isti, bəzi günlərdə 3-8 şaxta, yüksək dağlıq ərazilərdə 9-14 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma  24-48 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.                                          

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun  5-7 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu gecə 3-8  dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 19-32 mm) olacaq.                                          

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun  4-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 3-8  dərəcə isti, bəzi günlərdə 0-yə yaxın, dağlarda 5-10 dərəcə şaxta, gündüzlər  5-10 dərəcə isti, bəzi günlərdə 13 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə  (norma 46-106 mm) isə bir qədər normadan çox olacağı gözlənilir.