SOSİUM

30 Noyabr

“Azərkosmos” bu il təqribən 22 mln. dollarlıq xidmət ixrac edib

2022-ci ilin yanvar-oktyabr aylarında “Azərkosmos” tərəfindən dünyanın 40 ölkəsinə 21,7 mln. ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

Fins.az-ın İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na istinadən verdiyi məlumata görə, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 81 faizini təşkil edib.

“2022-ci ilin oktyabr ayında isə “Azərkosmos” dünyanın 36 ölkəsinə 2,4 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib”, - məlumatda qeyd olunur.

Məlumata görə, 2022-ci ilin yanvar-oktyabr ayları ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 5,5 mln. ABŞ dolları ilə Birləşmiş Krallıq, 4,6 mln. ABŞ dolları ilə Fransa, 3,6 milyon ABŞ dolları ilə Lüksemburq, 1,9 mln. ABŞ dolları ilə BƏƏ və 1,2 mln. ABŞ dolları ilə Pakistan qərarlaşıb.