SOSİUM

30 Noyabr

Bakıda maaşlar 13 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 065,5 manat təşkil edib.

Bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verib.

Bildirilir ki, bu, 2021-ci ilin müvafiq dövrünə nisbətən 13,5 % çoxdur.

Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 14,4 % artaraq 827,4 manat təşkil edib.