Vətən müharibəsindən bu günədək 9000 şəhid ailəsi, müharibə veteranı və əlilləri aktiv məşğulluqla təmin olunub. Növbəti illərdə bu istiqamətdə addımlar atılacaq.
Fins.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentin noyabrın 25-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Nazir bildirib ki, bu günə qədər həmin təbəqəyə aid 16 mindən çox şəxs işə düzəlib.
S.Babayev vurğulayıb ki, bu istiqamətdə addımlar davam etdiriləcək.