SOSİUM

25 Noyabr

DSMF-nin 2023-cü il büdcəsi ikinci oxunuşda təsdiq edildi

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2023-cü il büdcəsi haqqında qanun layihəsi ikinci oxunuşda Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilib.

Fins.az-ın məlumatına görə, Layihəyə əsasən, ümumilikdə növbəti il Fondun cəmi xərclərinin 6 milyard 263,97 milyon manat məbləğində proqnozlaşdırılır. 2022-ci il üzrə isə bu xərclər 5 milyard 606,27 milyon manat proqnozlaşdırlıb. Növbəti ildə Dövlət Sosial Müdafiə Fondunun xərclərində artım əsasən əmək pensiyalarının maliyyələşdirilməsi (5 907 180 000,0) üzrə proqnozlaşdırılıb ki, bu da əhalinin sosial müdafiəsinin gücləndirilməsi və ilə bağlı dövlət siyasətinin, eləcə də həyata keçirilmiş sığorta ödənişləri qarşılığında öhdəliklərin müvəffəqiyyətlə reallaşdırılması üçün əsaslı maliyyə zəminini formalaşdırır.

Müzakirələrdən sonra DSMF-nin büdcəsi səsverməyə qoyularaq qəbul edilib.

Növbəti ildə Fondun xərcləri gəlirlərinə bərabər tutulmaqla cari ilin təsdiq edilmiş proqnoz göstəricisindən 657,7 mln. manat və ya 11,7%, gözlənilən icrasından isə 927,3 mln. manat və ya 17,4% çox nəzərdə tutulub.