Məşğulluq proqramları çərçivəsində 4 il ərzində 400 minə yaxın işsiz şəxs işlə təmin edilib.
Fins.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentin noyabrın 25-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Nazir bildirib ki, təqribən hər il 100 min şəxs işlə təmin edilir. “Əlavə olaraq 55 min şəxs özünüməşğulluqla təmin edilib. Burada deputatlar bildirdi ki, bəzən hər kəs özünüməşğulluq proqramına cəlb oluna bilmir. Bu proqramla ildə 15-16 min ailəni təmin edə bilirik. Müraciətlərin sayı isə bəzən 80-90 minə çatır", - deyə nazir qeyd edib.