SOSİUM

23 Noyabr

Komitə sədri: Bu gün qadınla kişinin əmək haqqı arasında kifayət qədər fərq var

Bu gün qadın əmək haqqı ilə kişi əmək haqqı arasında kifayət qədər fərq var.

Fins.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq" adlı 5-ci forumda çıxışı zamanı bildirib.

"Təxminən eyni vəzifədə çalışan 1 qadının aldığı əmək haqqı, kişinin əmək haqqının 80%-ni təşkil edir. İnkişaf etmiş ölkələrdə bu bir qədər çoxdur. Azərbaycanda isə bu rəqəm aşağıdır. Azərbaycanda qadının aldığı əmək haqqı kişinin aldığı əmək haqqının cəmi 63%-ni təşkil edir",- deyə komitə sədri bildirib.